Bu avtobusların hərəkət sxemi dəyişdirildi

15:58 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Hafta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti "20-ci sahə dairəsi" – Şəfəq küçəsi ilə təşkil olunub.